cümə 24 aprel 2026 - 19:36
Ayətullah Məkarim Şirazinin bu il Həcc ziyarəti ilə bağlı nəzəri

Ayətullah Məkarim Şirazi hazırkı şəraiti nəzərə alınmaqla Beytullahil-həram ziyarəti və Həcc səfəri barədə ünvanlanan istiftaaya cavab verib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, müqəllidlərin Ayətullah Məkarim Şiraziyə ünvanladıqları istifta əsasında, bu il mövcud şərait fonunda Həcc ziyarəti ilə bağlı hökm açıqlanıb.

Bildirilib ki:

1. Bu il Həccə getmək üçün maddi imkanı (istitaəti) yaranmış, lakin mövcud şəraitə görə can təhlükəsi, ciddi təhlükəsizlik riski və ya oxşar səbəblərlə bağlı qorxu yaşayan şəxslər üçün şəri baxımdan Həcc vacibliyi (Həccətül-İslam) sabit hesab olunmur.


2. Əvvəlki illərdə istitaəti yaranmış şəxslər isə hazırda Həcc səfəri ilə bağlı məntiqli qorxu və narahatlıq keçirirlərsə, bu səfəri növbəti ilə təxirə sala bilərlər.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha